Kiçik çillə çıxdı."Boz ay" girdi

21-02-2018, 11:43           
Kiçik çillə çıxdı."Boz ay" girdi
Xalq arasında uzun illərin müşahidələri əsasında formalaşan qeyri-rəsmi təqvimə görə, bu gündən - fevralın 21-dən martın 20-dək Azərbaycan ərazisində qışın son çağı - “boz ay” başlayıb.

Xalq təqviminə görə, qış fəsli 3 hissəyə bölünür: böyük çillə 40 gün, kiçik çillə 20 gün çəkir. Onlardan sonra Novruzadək qalan 30 gün “boz ay” adlanır.

Xalq təqvimi ilə dekabrın 21-dən yanvarın 31-dək böyük çillə, yanvarın 31-dən fevralın 20-dək kiçik çillə, fevralın 21-dən martın 20-dək “boz ay” davam edir.

Martın 20-də daha bir təbiət hadisəsi - yaz gecə-gündüz bərabərliyi baş verəcək və bahar fəsli başlayacaq.
Bu il Novruz çərşənbələri fevralın 27-dən başlayacaq. AMEA N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının məlumatına görə, fevralın 27-də Su, martın 6-da Od, martın 13-də Hava (Yel), martın 20-də isə Torpaq çərşənbəsi qeyd olunacaq. B u il axırıncı çərşənbə baharın gəlişi ilə eyni günə təsadüf edəcək. Yaz fəsli Azərbaycana martın 20-də Bakı vaxtı ilə saat 20:15-də daxil olacaq. Dədə-babalarımız həmişə bu təqvimə uyğun davranıblar...












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru