Biz istəsək də Xocalının qisasını ala bilməyəcəyik...
26-02-2018, 13:16
Mübariz Azərbaycanlı,
müstəqil jurnalist
Hansısa azərbaycanlı şair və ya yazıçımız, ziyalımız gedib erməni uşağını divara mismarlayıb başının, sinəsinin, qarnının dərisini soyub onun neçə dəqiqəyə öldüyünə tamaşa edib ruhunu yüksəldə bilərmi?
Faşizm deyəndə hamı ilk növbədə göz önünə Adolf Hitleri gətirir. Hərçənd bu vəhşətlə dolu siyasi cərəyan 1922-ci ildə Benito Mussolininin başçılığı ilə İtaliyada yaranıb. Amma, güya xristianlığı ilk qəbul edən və özlərini dünyanın ən qədim, ən sivil xalqı kimi dünyanın gözünə dürtməyə çalışan haylar anlamırlar ki, nə qədər haya-küyə bassalar da onlar birmənalı olaraq faşistdirlər. Çünki İtalyancadan mənası "birlik" olan faşizm elə ermənilərin "Miaçum"- "birləşmə" ideologiyasının eyni ilə üzüqara surətidir.
Baxın, faşizm ideologiyası antidemokratizmi, rasizmi, şovinizmi, qəddarlığı, amansızlığı təşkil və təbliğ edir. Bütün bunlar cəmiyyətin beyninə və gündəlik həyatına elə yeridilir ki, bu, lazımi anda adi vətəndaşların qeyri-ixtiyari olaraq yaşayış normasına, həyat tərzinə çevrilir.
Ermənilərdən fərqli olaraq dünyada elə bir xalq tapmaq çətindir ki, onun ziyalısı, şairi, yazıçısı humanizmi təbliğ etməsin. Amma faşizmi öz iliklərinə yeridən Silva Kaputikyan "Xəritənin və qəlbin meridianları", M.Şaginyanın "Tarixdə mühüm tarix", S.Ayvazyanın "Erməni taleyi", Z.Balayanın "Ocaq" və digərlərinin "əsərlərində" erməni xalqının başqa xalqlardan yüksək olması indiyədək təbliğ edilir. Bundan başqa, məgər Z.Balayan 1996-cı ildə çapdan çıxardığı "Ruhumuzun dirçəlisi" kitabında - 13 yaşlı türk uşağının başından, sinəsindən, qarnından dərisini soyduğunu, saata baxıb onun 7 dəqiqəyə öldüyünü, sonra dostu Xaçaturun o uşağın cəsədini doğrayıb itlərə atdığını və bundan sevindiyini, qürurlandığını yazmaqla faşist olduğunu etiraf etmirmi?
Zorən "qardaşlaşdırılan" Sovet dövründə Azərbaycan şairləri "Kür-Araz, Ararat, Gözəldir bu həyat, Qardaş olub Hayastan Azərbaycan" deyə humanizmi təbliğ edəndə, erməni şairə S.Kaputikyan açıq-aşkar, çəkinmədən "Böyük Ermənistan yaratmaq üçün türkü son nəfərə kimi qırmalısan, mənim qılıncımdan türk qanı axıb töküləndə, mən onu tapdalayanda rahat olacağam" və ya erməni yazıçısı M.Şaqinyan "Siz bələkdəki körpənizə mütləq deyin ki, türk onun düşmənidir" - deyirdilər.
Bu "ziyalıların" tərbiyəsi nəticəsində erməni faşistlər 1988-ci ilin noyabrında Quqarkda 70 nəfərədək 5 yaşından 12 yaşadək olan türk soylu uşaqları dəmir borunun içinə doldurub hər iki tərəfini qaynaqlamadılarmı? Sonra da televiziya kanallarında türk uşaqlarının (azərbaycanlı) necə diri-diri yandırmalarını, başlarını kəsmələrini, yabaya keçirmələrini həvəslə danışmırlardımı? Erməni faşistlər hətta bu yolu doğru yol hesab edərək bütün erməniləri türkləri xüsusi qəddarlıqla öldürməyə çağırırdılar, bunu etməyin şərəfli bir iş, eyni zamanda borc olduğunu bildirirdilər.
Əlbəttə öz gənclərinə uşaqları, qocaları öldürməyi "şərəflə" və şərəfli olduğunu öyrədən erməni "ziyalılar", ötən il iyulun 4-də 2 yaşı tamam olmamış Zahranı nənəsi ilə birgə erməni əsgərləri tərəfindən öldürülmələri bu "ziyalıların" təlim-tərbiyələrinin nəticəsidir. Üstəlik bu dəhşətli olaya sosial şəbəkələrdə erməni gənclərinin - Artur Qriqoryan: "Mən olsaydım bu iki yaşlı azərbaycanlı qızcığazı zorlayardım". Qarik Simonyan: "Artıq adları var, meyitlərdən biri uşaqdır, amma mən buna şadam" və bu kimi digər əxlaqsız rəylər yazmaları onların gənc olaraq əsl faşist təlimi və düşüncəsində tərbiyə olunmalarını tam çılpaqlığı ilə göstərir.
Şübhəsiz ki, 2016-cı ildə mayın 28-də İrəvanda Hitler Almaniyasına xidmət etmiş, SSRİ-yə qarşı vuruşan millətçi rejiminin nökəri, başkəsəni, faşist Qaregin Njdeyə qoyulmuş abidə Ermənistan dövlətinin faşizm ideologiyası ilə yaşadığını bütün dünyaya tamamilə sübut edir. Əgər belə olmasaydı bu "daşın" açılışında Ermənistan başçısı və digər başbilənləri iştirak edərdilərmi? Yeri gəlmişkən, erməni KİV-lərinin verdiyi məlumata görə bu "daş" qoyulduqdan sonra elə ermənilərin özləri tərəfindən "Njdenin gicgahından" 4 güllə vurublar. Görünür hansısa erməni öz babasının qisasını alıb bu faşistdən. Bu olayı Ermənistanın Sünik rayonu qubernatorunun mətbuat katibi Vazgen Sahatelyan sosial şəbəkədə yayaraq baş hissəsi güllələnən "daşın" fotoşəklini də yerləşdirib.
Faşistə abidə qoymaları azmış kimi, bu yaxınlarda ermənilər öz həyasızlıqlarını bir daha nümayiş etdirərək Rusiyanın Vladimir şəhərinin adını dəyişdirilib faşist Qareqin Njdenin şərəfinə adlandırılmasını da tələb etdilər. Sözsüz ki, bu addım artıq erməni həyasızlığının kulminasiya nöqtəsidir. Faşist Njdeni xalq qəhramanı sayan haylar onun uzun müddət Vladimir şəhərində həbsxanada əzab içində qalıb öldüyünü əsas gətirirlər. Amma bu "məzlum xalq" heç olmasa anlamır ki, Vladimir şəhəri rusların qədim dovlətçiliyinin mərkəzi sayılır. Digər tərəfdən də bütün keçmiş SSRİ xalqlarının, xüsusən də rusların düşməni olan bu faşist, "erməni olmasına baxmayaraq" Rusiyada hansı üzlə qəhrəman ola bilər? Hərçənd etdikləri bu hoqqabazlığa ermənilər özləri belə inanmasa da, amma başqa yöndən baxanda rusları ələ salıb dolamalarını haqq edirlər.
Çünki öz çıxışlarının birində "Heç kimin başqa ölkənin daxili işinə qarışmağa haqqı yoxdur" deməsinə baxmayaraq, 2016-cı ilin aprelində Azərbaycana "Atəşi dərhal dayandırın" deyən Rusiya prezidenti V.Putindən sonra, bu günlərdə Rusiya Dövlət Dumasının MDB məsələləri üzrə komissiyasının sədr müavini Konstantin Zatulin Ermənistan mətbuatına açıqlamasında "Mən bir neçə dəfə demişəm. Əgər Ermənistan bir neçə rayonu Azərbaycana qaytarmasa, Azərbaycan isə öz növbəsində Qarabağın müstəqilliyini tanımasa heç bir nəticə olmaycaq. Dağlıq Qarabağ heç vaxt Azərbaycanın tərkibinə daxil ola bilməz. Ona görə də Azərbaycan bu tələbindən əl çəkməldir" deyirsə, ermənilər nəinki Vladimir şəhərinin, hətta sabah Moskvanın və ya Sankt Peterburqun adını Njdeyə dəyişdirilməsini istəsələr buna əsla təəccüblənməyə dəyməz.
Həyat təzadlarla doludur. Biz vəhşicəsinə qətlə yetirilmiş uşaqlı-böyüklü 613 nəfər günahsız dinc Xocalı sakininin xatirəsinə ucaldılmış abidə önündə başımızı əydiyimiz halda, ermənilər özlərinin baş faşistlərinin önündə əyilib düzəlirlər.
Əlbəttə dünyanın güclülər, eyni zamanda arxalılar qarşısında gözünün kor, qulağının kar və dilinin lal olduğunu çoxdan, lap 30 ildir ki, hamımız yaxşı bilirik.
Müqəddəs Qurani Kərimdə buyurulur ki, qana qan, gözə göz, dişə diş qisas alınmalıdır. Yəni, kimsə başqasının gözünü çıxarsa, zərərçən də onun gözünü çıxara bilər. Quranda yazılıb ki, "Biz yazıb hökm etdik ki, canın qisası can, gözün qisası göz, burununku burun, qulağınkı qulaq, dişinki diş və yaralarınkı yaralardır. Lakin hər kəs (qisası) bağışlasa, bu onun üçün bir kəffarədir. Allahın nazil etdiyi (kitab və şəriət) ilə hökm etməyənlər, əlbəttə, zalimdirlər!" (Maidə, 45). Amma böyüklərimiz bizə Allah bağışlayanları sevər deyə, onlar bizi, biz də bizdən sonra gələnləri bağışlayan kimi tərbiyə etdik və bunun insanlıq üçün ən doğru yol olduğunu hesab edib indi də bu yola davam etməkdəyik.
Digər tərəfdən isə indi gəlin baxaq, belə tərbiyə almış hər hansısa bir Azərbaycan əsgəri erməni uşaqlarını dəmir borunun içinə salıb ağzını qaynaqlamağı, onu diri-diri yandırmağı, yabaya keçirməyi, südəmər və ya iki yaşı olmayan uşağı zorlamağı, hamilə qadının qarnını yarıb dölünü çıxarıb itə atmağı bacararmı? Bizim əsgərlər Rusiyanın "Moskovski komsomolets" qəzetinin 29 yanvar 1994-cü ildə yazdığı - "...Bir erməninin bir azərbaycanlı uşağı ikiyə böldüyünün şahidi oldum. Sonra uşağın bədəninin bir parçası ilə anasının üzünə və başına o qədər vurdu ki, övladının qanına bulanan zavallı qadın dəli olub gülməyə başladı" kimi faktı, qana-qan prinsipi ilə təkrarlaya biləcəklərmi? Həmçinin hansısa azərbaycanlı şair və ya yazıçımız, ziyalımız gedib erməni uşağını divara mismarlayıb başının, sinəsinin, qarnının dərisini soyub onun neçə dəqiqəyə öldüyünə tamaşa edib ruhunu yüksəldə bilərmi? Bax, bütün bu vəhşiliklər faşizmin göstəricisidir ki, onu yalnız ermənilər bacarırlar. Məhz bu mənada biz istəsək də Xocalının qisasını olduğu kimi ala bilməyəcəyik...
Doğrudur, biz həmişə "qisas qiyamətə qalmaz" desək də, amma hələ ki qalır. Şəhidlərimizin ruhu nigaran, bəlkə də bizdən küskün, incik dolanır Qarabağın üstündə. Xocalıda şəhid olanların ruhu isə hələ də bizdən kömək gözləyir. Biz onların ruhunu yalnız Azərbaycan ordusunun gücü ilə Qarabağdan erməniləri tam olaraq təmizlədikdən sonra şad edə bilərik.
P.S. Adətən qocalar, xüsusən də analar, nənələr müharibənin, qan-qadanın olmasını istəməzlər. Amma Aprel döyüşləri dayandırılanda 70 yaşlı bir nənə əlini əlinə vurub əsəbləşərək dedi: "Bu nə deməkdir, niyə axı dayandırdılar, niyə axı qoymadılar bu faşistləri birdəfəlik qovub torpağımızdan rədd edək?!"
P.S.S. Ömrün uzun olsun nənə, əslində sən nənə deyilsən, Qarabağ savaşı başlayan gündən gözü ər yolunda, qulağı oğul sorağında qalan 40 yaşlı Azərbaycan gəlinisən. Səni illər deyil, Qarabağ qocaltdı...
modern.az