Putinin yeni dönəm üçün prioritetləri açıqlandı:“ABŞ-la əlaqələri inkişaf etdirmək, hərbi xərcləri azaltmaq”

23-03-2018, 11:12           

“Vladimir Putin yeni prezidentlik müddətində dünyanın bir çöx ölkələri, o cümlədən ABŞ və Avropa ilə münasibətləri inkişaf etdirmək niyyətindədir”.

Strateq.az “RİA-Novosti”yə istinadən bildirir ki, bu sözləri prezidentin mətbuat katibi Dimitri Peskov bəyan edib. O qeyd edib ki, Putinin daxili siyasəti Rusiyanı dünyadan böyük miqyasda təcridinə aparıb çıxarmayacaq: “Putin harada mümkündürsə həmin yerdən əlaqələri düzəltmək istəyir” – deyə Peskov RT-yə müsahibəsində bildirib. Peskovun sözlərinə görə, Putinin xarici siyasətinin əsas məqsədi ölkə qarşısında duran məsələlərin həlli üçün komfortun təmin olunmasıdır: “Bunun üçün prezidentə diplomatiyanın dəstəyi çox vacibdir”.

Mətbuat katibi həmçinin deyib ki, Rusiya silahlanma yarışına qoşulmaq niyyətində deyil və hərbi xərclərini azaltmağı planlaşdırır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru