Ermənistan Müdafiə nazirliyində rüşvət qalmaqalı : 29 milyon rüşvət alan yüksək rütbəli məmur və digərləri həbs olundu

24-03-2018, 00:21           

Ermənistan Müdafiə naziriliyinin idarə rəisinin müavini 29 milyon dram rüşvət alması ilə bağlı həbs edililib.

Avropa.info xəbər verir ki, bu haqda Ermənistan Prokurorluğunun ictimaiyyətlə əlaqələr şöbəsinin yaydığı məlumatda bildirilir.

Məlumata görə, İrəvan şəhər sakini, “A.A” QSC şirkətinin qurucusu və direktoru baş prokurora müraciət edərək, şirkəti tərəfindən təmin edilən malların qəbul edilməsi müqabilində Ermənistan Müdafiə nazirliyinin idarə rəisinin müavini, qəbul komissiyasının sədri M.X-nın, ondan ümumilikdə 29 milyon dram pul vəsaitini aldığını deyib.

İlkin istintaq zamanı müəyyən edilmişdir ki, idarə rəisinin müavini M.X, 2008–ci ildən 2013-cü ilə qədər Müdafiə nazirliyini mebel ilə təchiz edən “A.A” şirkətindən, müqavilənin ümumi dəyərinin 7%-ni, yəni 29,202,000 dram məbləğində pul vəsaitini rüşvət şəklində alaraq mənimsəmişdir.

Bundan başqa, Ermənistanın istintaq komitəsinin məlumatında bildirilir ki, Yerevanda Müdafiə nazirliyinin nümayəndəsinin böyük miqdarda rüşvətin alması barədə cinayət işi qaldırılıb. İstintaq materiallarında bildirilir ki, Nor Nork rayonunun hərbi komissarının müavini polkovnik leytenant Madatyan Müdafiə nazirliyinin hərbi hissələrindən birinin baş leytenant rütbəli hərbi qulluqçusundan 3000 dollar rüşvət alaraq onu evlərinə yaxın hərbi hissələrin birinə təyinatını verdirəcəyinə söz verib. İstintaq zamanı hərbi komissarın müavini Madatyan, aldığı pulu Müdafiə nazirliyinin yüksək vəzifəli nümayəndəsinə verdiyini bildirib.

Qeyd edək ki, Ermənistan KİV-də orduda rüşvət hallarının artığı və bu işə Müdafiə nazirliyinin yüksək rütbəli hərbi qulluqçularının rəhbərlik etdikləri barədə mütəmadi olaraq məlumatlar yayılır.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.