Prezident seçkiləri ilə bağlı bu prosedurlar SABAH başa çatır

31-03-2018, 10:12           

Azərbaycanda aprelin 11-nə təyin edilmiş prezident seçkilərində respublikanın bütün ərazisində müşahidə aparılmasına dair ərizələrin Mərkəzi Seçki Komissiyasına (MSK) təqdim edilməsi müddəti sabah başa çatır.

Trend-in məlumatına görə, prezident seçkilərinin hazırlanıb-keçirilməsi üzrə əsas hərəkət və tədbirlərin Təqvim Planına əsasən, ərizələr seçkilərin təyin edildiyi gündən başlayaraq seçkilərin keçirilməsi gününə 10 gün qalanadək, yəni aprelin 1-dək təqdim edilməlidir.

Aprelin 1-də, həmçinin səsvermə gününədək seçki komissiyalarının iclaslarını müşahidə etmək üçün qeydiyyatdan keçməklə xüsusi icazə almaqdan ötrü MSK-ya müraciət edilməsi müddəti başa çatır.

"Exit-poll" keçirmək üçün müraciət etmiş təşkilatların akkreditasiyası barədə qərarın qəbul edilməsi prosesi də aprelin 1-dək başa çatır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru