Moskvada Leyla Əliyevanın təşəbbüsü ilə növbəti qanvermə aksiyası keçirilib

6-04-2018, 08:34           

Heydər Əliyev Fondunun vitse-prezidenti, Rusiya Azərbaycanlı Gənclər Birliyinin (AMOR) sədri Leyla Əliyevanın təşəbbüsü ilə Moskvada uşaqlar üçün donor qanvermə aksiyası keçirilib. APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, "Qanın milliyyəti yoxdur” devizi altında keçirilən donor qanvermə aksiyası paytaxtın Dmitri Roqaçov adına Uşaq Hematologiyası, Onkologiya və İmmunologiya Milli Tibbi Tədqiqat Mərkəzində baş tutub.

Aksiyada 40-dan çox azərbaycanlı tələbə iştirak edib.

AMOR idarə heyətinin üzvü Emin Hacıyev təşkilatın rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə keçirklən bu aksiyanın ənənə halını aldğını söyləyib:"Qanvermə aksiyasında Moskvada təhsil alan və yaşayan azərbaycanlı tələbələr və gənclər iştirak ediblər. Əlbəttə, bizim hamımızın istəyimiz budur ki, balaca uşaqlar heç vaxt onkoloji xəstəliklərə tutulmasınlar. Lakin Rusiyada 6 mindən çox uşaq bu xəstəlikdən əziyyət çəkir. Ümidvarıq ki, biz bu cür aksiyalar keçirməklə həmin uşaqların xəstəliyə üstün gəlməsinə bir qədər kömək edəcəyik”.

E.Hacıyev onu da bildirib ki, qan verilməsinə görə donorlara ödənilən kompensasiya xəstəxananın hesabına köçürüləcək.

Qeyd edək ki, “Qanın milliyyəti yoxdur” adlı donor aksiyası artıq 10 ildən çoxdur keçirilir. Aksiya təkcə Moskvada deyil, Rusiya Federasiyasının başqa regionlarında da təşkil edilir. Hər il bu aksiyada Rusiyada təhsil alan xarici ölkələrin gənc nümayəndələri iştirak edirlər, toplanmış vəsait isə xəstə uşaqların müalicəsinə sərf edilir.














Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru