ABŞ-ın Avropadakı sirli hərbi bazası... – Foto

14-04-2018, 10:05           

1999-cu ilin mart-may aylarında NATO “Mərhəmətli mələk” əməliyyatı çərçivəsində 78 gün ərzində Yuqoslaviyanı bombaladı. Bu zaman Pentaqon yeni hərbi baza yaratmaq üçün Kosovo və Mexotiya arasındakı 1000 hektarlıq ərazini seçdi.

Teleqraf.com xəbər verir ki, “Halliburton” şirkəti tərəfindən tikilən baza ABŞ-a 8 milyard dollara başa gəldi. Amerikalılar hərbi avadanlıqlarını Almaniyadan “Bondstil” bazasına gətirdilər. Bir neçə ay ərzində baza ərazisində 300 obyekt tikildi. Bazadakı xəstəxananın tikintisinə Pentaqon 34 miylon dollar vəsait xərclədi. “Bondstil”ABŞ-ın Avropadakı əsas maraq mərkəzi oldu. Bu baza bir ölkəni xatırladır. Öz kinoteatrı, kitabxanası, interneti, evləri, otelləri, barı, idman zalı, hovuzu və avto-servisi olan bazaya yeməklər ABŞ-dan göndərilir. Hətta Serbiya vətəndaşlarının bu bazaya girişi qadağandır. İlk vaxtlar buradakı əsgər və zabit sayı 7 min idi. Hazırda isə bazadakı personalın sayı 25 mindən çoxdur.

Rusiya Xarici İşlər naziri Sergey Lavrov 2018-ci ilin fevralında Belqrada səfəri zamanı “Bondstil” bazası məsələsinə də toxunub:

“Serbiya və Kosovo ərazisində “Bondstil” bazası yerləşir. Hələ heç kim bilmir ki, amerikalılar orada nə işlə məşğuldur. Buradan bir sual ortaya çıxır: Amerikalılar niyə bazaya qonaq qəbul etmirlər?“

“Sputnik” agentliyinin müxbiri 2016-cı ildə yazdığı məqalədə bazanı daxildən gördüyünü bildirib:

“Bazada 25 kilometr asfalt örtüklü yol, 300 tikili və 11 nəzarət qülləsi var. Bazanın ərazisi 360 min kvadrat metrdir”.

Vaşinqton bir neçə dəfə “Bondstil” bazasının bağlanacağı ilə bağlı məlumatlar yayıb. Ancaq 2017-ci ildə bazanın ərazisini 4 kvadrat kilometr artırıblar. Hazırda bazada 25 ədəd helikopter, “Abrams” tankları və “Strayker” zirehli avtomobilləri var.

Bu ilin martında bazaya yeni komendant təyin edilib. Bu şəxs ABŞ ordusunun serb əsilli polkovniki Nik Duçiçdir.
ABŞ-ın Avropadakı sirli hərbi bazası... – Foto














Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.