Rusiyalı jurnalist və politoloq Dmitri Furmanın Əbülfəz Elçibəy haqqında dedikləri FOTO

4-06-2018, 00:43           

Rusiyalı jurnalist və politoloq Dmitri Furmanın Əbülfəz Elçibəy haqqında dedikləri: Bakıda şərqşünas, keçmiş dissident, Azərbaycan Xalq Cəbhəsinin sədri, eks-prezident Əbülfəz Elçibəyin dəfn mərasimi keçirildi. Müqəddəsliyə məhkum siyasətçi həyatdan getmişdi. Şübhəsiz zaman keçdikcə Azərbaycanda iri meydanlar və aerodromlar bu adamın adını daşıyacaq, çox güman heykəlini də qoyacaqlar, pul əskinazlarının üzərini rəsmləri bəzəyəcək. Elçibəy Azərbaycanın böyük şəxsiyyətləri sırasına daxil olub, qeydsiz-şərtsiz. Kənd adamının demokratların liderinə çevrilməsi və prezident seçilməsi də, hakimiyyətdən salınan prezidentin böyük siyasətə qayıda bilməsi də, təbii ki, yalnız Elçibəyin xidmətlərilə bağlı deyil. Bütün müsbət və mənfi cəhətlərinə, yaşadığı tale və həyatdakı roluna görə Elçibəy Azərbaycanın yetirməsi idi; Azərbaycan cəmiyyətinin və Azərbaycan mədəniyyətinin yetirməsi idi. Bu cəmiyyətin özünün də naqis cəhətləri yox deyil, hətta bizimkilərdən pisi də var. Amma o cəmiyyət Əbülfəz bəy kimi adamı irəli çəkə bilmişdi, üstəlik, onu son günlərinədək böyük siyasətçi kimi qoruyub saxlamağı bacarmışdı –bax, buna görə rus demokratları azərbaycanlı həmkarlarına həsəd aparsınlar gərək. Elçibəy dünyasını dəyişdi. Və belə hallarda olduğu kimi, Elçibəy Azərbaycanda müqəddəs sayılmağa məhkumdur. Onu nə söymək mümkün olacaq, nə də tənqid eləmək. Ona qarşı mübarizə aparanlar özünü Elçibəyin köhnə dostları və tələbələri kimi qələmə verəcəklər. Əslində bu vəziyyətin özünün də xoşagəlməz cəhətləri var, bu halda bir növ kütləvi simasızlıq yaranır sanki. Amma müsbət hallar da var, çünki Əbülfəz bəyin müqəddəsliyi yaxşı, xoş bir müqəddəslikdir. Bu müqəddəsliyə lap simasızca sitayiş etsələr belə, bu, Azərbaycan cəmiyyətində yalnız müsbət ənənənin yaranmasına səbəb olacaq. Azərbaycan Elçibəy kimi bir şəxsiyyəti yetişdirə bildi, bu, Azərbaycanın xüsusi xidməti, böyüklüyüdür. Elçibəyin isə böyüklüyü bundadır ki, həyatı və şəxsiyyəti ilə Azərbaycanın daha yaxşı olmasına çalışıb.













Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.