Consonun Trampla bağlı səs yazısı yayıldı: Xaos...

9-06-2018, 08:32           

İngiltərə Xarici İşlər naziri Boris Consonun xüsusi bir ziyafətdə çıxışı zamanı ABŞ Prezidenti Donald Tramp və Breksit danışıqları ilə bağlı sözləri mətbuata sızıb.

Axar.az xəbər verir ki, Consonun Mühafizəkarlar Partiyasının nümayəndələri ilə 1 saatlıq söhbəti zamanı onun Trampa simpatiyasının olduğu məlum olub.

Yayılan səs yazısında Conson bu sözləri deyib: "Donald Trampı getdikcə daha çox təqdir edirəm. Çılğınlığın da bir üsul olduğu ilə zamanla razılaşıram. Trampın Breksit müzakirələrini apardığını xəyal edin. Çox sərt olardı. Xaos olardı. Hər kəs ağlını itirdiyini düşünərdi, ancaq əslində, bir həll variantına nail olardıq. Bu, çox yaxşı fikirdir".












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.