Elçibəyin yanan evi dağılmaq üzrədir - FOTO/VİDEO

12-06-2018, 00:18           

Mərhum prezident Əbülfəz Elçibəyin Mərdəkanda olan bağ evi dağılmaq üzrədir

"Yeni Müsavat"ın müxbiri Əbülfəz Elçibəyin qohumu, müstəqil jurnalist Çingiz Özgürlə birgə eks prezidentin ömrünün son illərini keçirdiyi bağ evinə baş çəkib.

Birmərtəbəli, kürsülü olan ev bərbad vəziyyətdədir. Xüsusilə, 2015-ci ildə baş verən yanğın zamanı ev və içindəki əşyalar yararsız hala düşüb. Tavan və döşəmə tamamilə sıradan çıxıb. Həmçinin, Ə.Elçibəydən qalan bəzi şəxsi əşyalar da yanğında məhv olub.

Çingiz Özgür vaxtilə Azərbaycana rəhbərlik etmiş Əbülfəz Elçibəyin xatirəsini yaşadan evin təmir və bərpaya ehtiyacı olduğunu bildirdi.
















Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru