Kür və Arazda çirklənmə vəziyyətini öyrənmək məqsədilə növbəti monitorinqin NƏTİCƏLƏRİ

16-06-2018, 10:15           

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühit üzrə Milli Monitorinq Departamenti Kür və Araz transsərhəd çaylarının, həmçinin onların transsərhəd qollarının çirklənmə vəziyyətini öyrənmək məqsədilə iyun ayında növbəti monitorinq həyata keçirib. Monitorinqlə bağlı Trend-ə verilən məlumata görə, iyun ayının I ongünlüyündə Kür çayında suyun sərfi may ayının III ongünlüyünə nisbətən 103 m3/san artaraq 442 m3/san təşkil edib.

Monitorinqin nəticələrinə əsasən, Gürcüstan və Ermənistan ərazilərindən təmizlənmədən birbaşa su obyektlərinə axıdılan məişət tullantıları və sənaye müəssisələrinin çirkab sularının təsiri nəticəsində Kür çayı və onun qollarında biogen maddələrin miqdarının normadan dəfələrlə artıq olması müşahidə olunub.

İyun ayının I ongünlüyündə aparılan monitorinqlərin nəticələrinə görə suyun tərkibindəki spesifik çirkləndiricilərdən fenollar Şıxlı-2 məntəqəsində, Ağstafaçayda, Ağstafaçay su anbarında, Araz çayı üzrə Horadizdə, Bəhramtəpədə və I Şahsevəndə 2 dəfə yol verilən qatılıq həddini (YVQH) keçib.

Suyun oksigen rejimi bütün məntəqələrdə 5.80-7.70 mq/l arasında olmaqla sanitar norma daxilində dəyişib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru