Yalançı mollalar iş başında - Nə oxuduğunu heç özü də anlamır - Video

16-06-2018, 11:16           

Molla yasin oxuyur, nə oxuduğunu soruşduqda isə "bilmirəm" deyir. Vaxt çatdırmadığı üçün pulu götürüb, yasini sonra oxuyacağını deyənlər də var. Oxuyub oxumayacağını isə bilmək olmur. Ramazan Bayramı ilə əlaqədar yaxınlarının məzarını ziyarət etmək üçün qəbiristanlıqlara üz tutanların çoxluğu bu cür ara mollalarnın bazarını canlandırıb.

Yasin oxuyan ağsaqqal jurnalistləri görüb üzünü yana çevirsə də, sonradan suallar qarşısında çarəsiz qalıb, hücuma keçir.

Digər molla isə suala cavab verməmək üçün yasini oxuyub bitirmədi ki, bitirmədi. Bəziləri isə elə uzaqdan kameranı görüb, qaçdılar. İlahiyyatçılar da təsdiqləyir ki, qəbiristanlıqlardakı ara mollaları Quranı qaydalara uyğun oxumurlar.

İlahiyyatçı Ağa Hacıbəyli deyir ki, hər kəs ölüsü üçün Quranı özü oxusa daha yaxşıdır.













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru