MOSSAD daha iki müsəlman mühəndisi aradan götürdü- DOSYE

28-07-2018, 09:40           
MOSSAD daha iki müsəlman mühəndisi aradan götürdü- DOSYE
MOSSAD iki müsəlman elm adamını aradan götürüb.

Teleqraf.com Türkiyənin stratejikguvenlik.wordpress.com saytına istinadla xəbər verir ki, Əlcəzairdə yaşayan iki fələstinli elm adamının meyiti yaşadıqları evdə tapılıb.

Elm adamlarının İsrailin kəşfiyyat xidməti MOSSAD tərəfindən sui-qəsdə məruz qaldığı iddia olunur. Qeyd edək ki, MOSSAD apreldə fələstinli elektrik mühəndisi Fadi el-Batşı Malaziyada aradan götürüb.
Fələstin mənbələri iddia edirlər ki, Əlcəzairdə ölü tapılan elm adamlarını MOSSAD aradan götürüb, onlara qarşı sui-qəsd təşkil edib.

Əlcəzair mənbələri isə Süleyman el Ferra və Məhəmməd el Benna adlı iki fələstinlinin qaz zəhərlənməsi nəticəsində öldüyünü deyir.

Əvvəlki illərdə də MOSSAD-ın Həmasla əlaqəsi olan fələstinli elm adamlarının qətlinə qərar verdiyi bildirilir.

Xatırladaq ki, aprel ayında Malaziyada yaşayan fələstinli elm adamı Fadi el-Başt sui-qəsd nəticəsində öldürülüb. Elektrik mühəndisi olan Batşın qətli ilə bağlı danışan Malaziya baş nazirinin köməkçisi Əhməd Zahid Hamdi şübhəlilər haqqında danışarkən “bir kəşfiyyat şəbəkəsinə bağlı olan avropalılar” ifadəsini işlədib.

Həmin dövrdə "Nyu-York Times" qəzeti kəşfiyyat mənbələrinə istinadən iddia edib ki, elektrik mühəndisi olan Başta sui-qəsd əmrini şəxsən MOSSAD direktoru Yossi Kohen verib. Yaxın Şərq ölkələrinə bağlı kəşfiyyat qurumlarının da təsdiq etdiyi sui-qəsdin MOSSAD-ın Həmas-a qarşı təzyiq siyasətinin son halqası olduğu vurğulanıb.

MOSSAD Həmasa bağlı mühəndislər və elm adamlarını hədəfə alaraq onları xarici ölkələrdə zərərsizləşdirir və beləcə onların müasir texnologiyaya çıxışının qarşısını alır.

Qeyd edək ki, 2016-cı ildə Həmas üzvü, tunisli mühəndis Məhəmməd Zavari sui-qəsd nəticəsində öldürülüb.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.