RUBL, LİRƏ, RİAL... NÖVBƏDƏ HANSIDIR?

9-08-2018, 08:37           
RUBL, LİRƏ, RİAL... NÖVBƏDƏ HANSIDIR?
ABŞ Azərbaycanın 3 qonşusu – Rusiya, İran və Türkiyəyə qarşı səlib yürüşünə başlayıb, hər birini sanksiyalar hesabına iqtisadi zəmində çökdürməyə çalışır. Nəticədə hər 3 ölkənin pul vahidləri – rubl, rial və lirə sürətlə dəyərdən düşür, qiymət artımı müşahidə olunur. Əlbəttə, ABŞ-ın siyasətində istənilən qədər yanlışlıq tapmaq olar, ancaq fakt göz qabağındadır, dolların çap maşını əlində olduğundan Vaşinqton hədəf seçdiyi ölkəni iqtisadi zəmində zəiflətmək imkanına malikdir. Tərsi mümkün deyil.

Azərbaycan Rusiya, Türkiyə və İranla geniş iqtisadi və ticarət əlaqələrinə malikdir. Azərbaycanın adı çəkilən 3 dövlətdən fərqli olaraq Vaşinqtonla münasibətlərində ciddi problemləri yoxdur. Ancaq əgər 3 əsas iqtisadi tərəfdaşımızın pul vahidləri çökürsə manatı qorumaq üçün titanik əmək sərf etmək lazım gələcək. Əgər bu alınmazsa Mərkəzi Bankın arqumentini indidən təxmini belə təsəvvür edirəm: "Hər üç qonşumuzda devalvasiya müşahidə olunduğundan manatın devalvasiyası zərurəti yarandı..."
Elxan Şahinoğlu
Teref.info












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru