Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin kollegiya üzvlərinin yeni tərkibi təsdiq edilib
4-09-2018, 07:09
Nazirlər Kabineti “Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin kollegiyasının tərkibi haqqında” qərarında dəyişikliklər edib.
“Report” xəbər verir ki, bu barədə qərarı Baş nazir Novruz Məmmədov imzalayıb.
Qərara əsasən, Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin kollegiya üzvlərinin sayı 9 nəfərdən ibarət müəyyənləşdirilib və aşağıdakı tərkibdə təsdiq edilib:
Kollegiyanın sədri Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri
Kollegiyanın üzvləri:
Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi sədrinin müavinləri
Naxçıvan Muxtar Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri
Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi Aparatının rəhbəri
Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinin rəisi
Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin “Azərmemarlayihə” Dövlət Baş Layihə İnstitutunun direktoru
Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Bakı Dövlət Layihə İnstitutunun direktoru
Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Azərbaycan İnşaat və Memarlıq Elmi-Tədqiqat İnstitutunun direktoru.