Prezident Etibar Pirverdiyevi işdən çıxardı - “Azərenerji”yə yeni rəhbər təyin olundu

4-09-2018, 16:41           
Prezident Etibar Pirverdiyevi işdən çıxardı - “Azərenerji”yə yeni rəhbər təyin olundu
Prezident İlham Əliyev Etibar Pirverdiyevin "Azərenerji” Açıq Səhmdar Cəmiyyətinin prezidenti vəzifəsindən azad edilməsi haqqında sərəncam imzalayıb.

Teref.az-ın məlumatına görə, sərəncamla Etibar Sinabəddin oğlu Pirverdiyev "Azərenerji” Açıq Səhmdar Cəmiyyətinin prezidenti vəzifəsindən azad edilib.

***

Prezident İlham Əliyev Baba Rzayevin "Azərişıq” Açıq Səhmdar Cəmiyyətinin prezidenti vəzifəsindən azad edilməsi haqqında sərəncam imzalayıb.
Prezidentin digər sərəncamı ilə Balababa Hüseynağa oğlu Rzayev "Azərenerji” Açıq Səhmdar Cəmiyyətinin prezidenti təyin edilib.

Qeyd edək ki, indiyədək "Azərenerji” Açıq Səhmdar Cəmiyyətinin prezidenti vəzifəsini Etibar Pirverdiyev tuturdu.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru