İtaliya Senatının sədri tərəfindən Azərbaycanın Birinci vitse-prezidentinin şərəfinə rəsmi nahar verilib

26-09-2018, 07:36           
İtaliya Senatının sədri tərəfindən Azərbaycanın Birinci vitse-prezidentinin şərəfinə rəsmi nahar verilib
Sentyabrın 25-də Romada Custiniani sarayında Azərbaycan Respublikasının Birinci vitse-prezidenti xanım Mehriban Əliyevanın şərəfinə İtaliya Respublikası Senatının sədri xanım Maria Elisabetta Alberti Kasellati tərəfindən rəsmi nahar verilib.

“Report” xəbər verir ki, əvvəlcə Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva saraydakı “Konstitusiya”, “Qırmızı” və “Güzgülü” zallarında olub. Qeyd edək ki, bu bina İtaliyanın paytaxtı Roma şəhərinin ən qədim və tarixi tikililərindəndir. İtaliyanın ilk Konstitusiyası məhz burada imzalanıb.

Sonra Azərbaycan Respublikasının Birinci vitse-prezidenti xanım Mehriban Əliyevanın şərəfinə İtaliya Respublikası Senatının sədri xanım Maria Elisabetta Alberti Kasellati tərəfindən rəsmi nahar verilib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru