"Verilən pensiyalar saxta əlillik alanlardan geri alınır" - Sahil Babayev

28-09-2018, 12:52           
"Verilən pensiyalar saxta əlillik alanlardan geri alınır" - Sahil Babayev
"Azərbaycanda əlillik dərəcələrinin saxta yolla verilməsinə dair araşdırmalar davam edir”. Unikal.org xəbər verir ki, bu barədə əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev bildirib.

"Aşkar edilən mənfi hallar barədə ölçü götürülür. Saxta əlillik təyinatları ləğv edilir və dövlət büdcəsindən həmin şəxslərə edilmiş ödənişlər geri qaytarılır. Fəaliyyətimiz dövründə bu hallar mütəmadi araşdırılacaq və ortaya çıxan mənfi hallar aradan qaldırılacaq. Hazırda araşdırılma yekunlaşmadığı üçün konkret rəqəmin açıqlanması düzgün olmaz. Yekunda risk təhlili aparılacaq və növbəti dövrlərin araşdırılmasına başlanılacaq", - o qeyd edib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru