Leyla və Arzu Əliyevalar “Bahariyyə” musiqi layihəsinin təqdimatında - FOTOLAR

30-09-2018, 11:26           
Leyla və Arzu Əliyevalar “Bahariyyə” musiqi layihəsinin təqdimatında - FOTOLAR
Nəsimi - şeir, incəsənət və mənəviyyat Festivalı çərçivəsində sentyabrın 29-da Daş Salnamə Muzeyində "Bahariyyə” adlı musiqi layihəsinin təqdimatı keçirilib.

Teref.az AZƏRTAC-a istinadla xəbər verir ki, tədbirdə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva və Bakı Media Mərkəzinin prezidenti Arzu Əliyeva iştirak ediblər.

Nəsimi dühasından ilhamlanaraq hazırlanmış "Bahariyyə” adlı konsertdə muğam və elektron musiqiləri təqdim olunub.

Qeyd edək ki, Şərqin dahi şair və mütəfəkkirlərindən biri İmadəddin Nəsiminin (1369-1417) yaradıcılığına həsr olunan, şeir və sənətin yaşadılması məqsədi daşıyan festival Heydər Əliyev Fondunun təşkilatçılığı və Mədəniyyət Nazirliyinin dəstəyi ilə reallaşıb.

Sentyabrın 30-dək davam edəcək festival Nəsiminin fəlsəfi baxışlarını əks etdirən "Simadan – asimana” və onun öz kəlamından götürülən "Zərrə mənəm, günəş mənəm…” şüarları ilə təşkil olunub.















Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru