Ziya Məmmədov müşavirəyə çağırılmadı - Video

12-10-2015, 23:07           

Bu gün prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2015-ci ilin 9 ayının sosial-iqtisadi inkişafının yekunları və qarşıda duran vəzifələrə həsr olunmuş iclası keçirilib.

Bu tipli müşavirələrdə adətən hökumətin bütün üzvləri iştirak edir. Lakin bu gün keçirilən toplantıda Nəqliyyat naziri Ziya Məmmədov iştirak etməyib. Bu nazirin faktiki olaraq səlahiyyətlərinin əlindən alınmasının növbəti göstəricisi kimi izah olunur.

Qeyd edək ki, bundan bir neçə gün öncə Ucar rayonunda yeni yolun açılışında da Z. Məmmədov iştirak etməmişdi.
[media=https://www.youtube.com/watch?v=dbuHhItPqeQ]












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.