Rusiyada 14 yaşlı yeniyetmə terrorçular siyahısına salındı

4-07-2025, 17:24           
Rusiyada 14 yaşlı yeniyetmə terrorçular siyahısına salındı
Rusiyanın Maliyyə Monitorinqi üzrə Federal Xidməti ("Rosfinmonitorinq") terrorçu və ekstremistlərin siyahısını yeniləyərək, yeniyetmə Əmir Şaqatovu ora əlavə edib.

Bu barədə "Rosfinmonitorinq"in saytı xəbər verir.

Məlumata görə, Şaqatov Orenburqdandır. Doğum tarixi 13.04.2011-ci ildir. Bununla da o, siyahının ən gənc iştirakçısı oldu.

Mövcud qanunvericiliyə əsasən, bu siyahıya daxil olan təşkilatların və fiziki şəxslərin bank hesablarında olan vəsaitlər bloklanır, onlara xidmətin göstərilməsi dayandırılır.

Hazırda "Rosfinmonitorinq"un siyahısında 816 təşkilat və 17 820 fiziki şəxs var.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru