Masallıdan olan 11 yaşlı uşağın “Şaxta baba”ya kədərli məktubu - “Anamı da itirdim...”

7-12-2018, 19:10           
Masallıdan olan 11 yaşlı uşağın “Şaxta baba”ya kədərli məktubu - “Anamı da itirdim...”
Masallının Bədəlan kəndində yaşayan 11 yaşlı uşağın "Şaxta baba”ya məktubu sosial şəbəkələrdə marağa səbəb olub.

BakuPost xəbər verir ki, Tufan adlı uşaq məktubunda atasından sonra anasını da itirdiyini, çox kədərli olduğunu qeyd edib: "Salam, Şaxta baba. Mən bu il çox kədərliyəm. Çünki atamdan sonra anamı da itirdim. Çox darıxıram. Bilirəm, sən onları gətirə bilməzsən. Amma az da olsa məni sevindirə bilərsən. Mən heç nə yazmıram, sən nə istəsən gətirərsən”.

Uşağın məktubunu Güvən Xeyriyyə və Dostluq Cəmiyyəti paylaşıb. Sosial şəbəkə istifadəçiləri isə uşağı hədiyyə yağışına tutmağı və onu sevindirməyi təklif edib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru