11 yaşlı Turalın məktubu Şaxta babaya (Təhsil nazirliyinə ) çatdı - Şaxta baba (Təhsil Nazirliyi) onu sevindirəcək..

7-12-2018, 19:23           
11 yaşlı Turalın məktubu Şaxta babaya (Təhsil nazirliyinə ) çatdı - Şaxta baba (Təhsil Nazirliyi) onu sevindirəcək..
Təhsil Nazirliyi Şaxta babaya məktub yazan şagirdə baş çəkəcək.
Nazirliyin mətbuat xidmətinin rəhbəri Cəsarət Valehov Azvision.az -a bildirib ki, sosial şəbəkələrdə və saytlarda Masallının Bədəlan kəndindən olan, hər iki valideynini itirmiş 11 yaşlı Tufanın Şaxta babaya məktubu yayılıb.

“Bununla bağlı bildirmək istəyirəm ki, Əşrəfov Tufan Bağır oğlu Masallının Dəmirçi kənd ümumi orta məktəbinin 7-ci sinif şagirdidir. Özü Bədəlan kəndindəndir. Məktəbdən verilən məlumata görə, nümunəvi şagirddir, dərslərini yaxşı oxuyur. Tufan dayısının və babasının himayəsində yaşayır. Təhsil Nazirliyi Yeni il ərəfəsində Tufanı ziyarət edəcək və öz sovqatı ilə onu sevindirəcək”.

11 yaşlı Tufanın məktubunu təqdim edirik: “Salam Şaxta baba. Mən bu il çox kədərliyəm. Çünki atamdan sonra anamı da itirdim. Çox darıxıram. Bilirəm gətirə bilməzsən onları. Amma az da olsa sevindirə bilərsən məni. Mən heç nə yazmıram, sən nə istəyirsən gətirərsən”.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.