SON DƏQİQƏ: Xırdalanda sərnişin avtobusu aşdı – Yaralılar var

7-12-2018, 21:54           
SON DƏQİQƏ: Xırdalanda sərnişin avtobusu aşdı – Yaralılar var
Abşeron rayonunun Xırdalan şəhəri ərazisində 119 saylı marşrut avtobus aşıb.

Teref.az xəbər verir ki, hadisə yerinə 12 təcili tibbi yardım briqadası cəlb olunub.

Qəza zamanı 3-ü qadın, 6-sı isə kişi olmaqla 9 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib. Onlardan 2 nəfər Respublika Klinik Xəstəxanasına, 7-si isə 1 saylı Kliniki Tibbi Mərkəzə aparılıb. Yaralılardan 63 yaşlı qadının vəziyyəti ağırdır, digərlərinin vəziyyəti qənaətbəxşdir.

Qəzanın hansı səbəbdən baş verdiyi məlum deyil.

Bundan əvvəl Bakıda məktəbliləri daşıyan avtobus qəzaya uğrayıb. /Report/












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru