“Facebook”dan yeni funksiya

8-12-2018, 07:51           
“Facebook”dan yeni funksiya
“Facebook” şirkətinin yeni təcrübəsi satıcılara öz məhsullarını canlı yayım formatında nümayiş etdirməyə imkan verəcək.
“Ölkə.Az” “Technote”yə istinadən xəbər verir ki, hazırda yeni funksiya Taylandda sosial şəbəkənin ayrı-ayrı səhifələrində test olunur.

Həmin səhifələrin abunəçiləri isə canlı yayımlar barəsində bildirişlər əldə edə və canlı yayım zamanı aktiv olan şərh bölməsində məhsulla bağlı öz suallarını verə bilərlər. Əgər satıcı tərəfindən təqdim edilmiş məhsul təklifi istifadəçinin diqqətini cəlb etsə, istifadəçi sadəcə olaraq məhsulun əks olunduğu ekranın fotosunu çəkərək messencer vasitəsilə satıcıya göndərə bilər. Məhsulun alışında ödəniş prosesi də elə messencer vasitəsilə reallaşdırılır. Servis ödənişlərin göndərilməsi və qəbulu üzrə komissiya əldə etməyəcək.

Test mərhələsi üçün Taylandın seçilməsi heç də təsadüfi deyil. Belə ki, sosial şəbəkənin Taylandda aktiv bazar istifadəçisi çoxdur. Bu fuksiyanın digər ölkələrdə də təqdim edilib-edilməyəcəyi hələlik məlum deyil.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru