Barselonada təyyarə yanacaqdoldurma məntəqəsinin üzərinə düşüb - VİDEO

8-12-2018, 08:19           
Barselonada təyyarə yanacaqdoldurma məntəqəsinin üzərinə düşüb - VİDEO
İspaniyanın Barselona əyalətinin Badiya-del-Valyes bələdiyyəsində göyərtəsində iki nəfərin olduğu yüngül təyyarə yanacaqdoldurma məntəqəsinin binası üzərinə düşüb.

“Report” RİA "Novosti"yə istinadən xəbər verir ki, bu barədə "təcili yardım" xidmətinə istinadən "LaVanguardia" qəzeti yazıb.

Hadisə nəticəsində təyyarədə olan hər iki nəfər ölüb. Qəza yerinə yanğınsöndürən və "təcili yardım" maşınları göndərilib.

Təyyarə Sabadelya hava limanına eniş etməli imiş.

Bundan əvvəl Yaponiyada ABŞ-a məxsus iki hərbi təyyarə toqquşub.















Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru