Kolumbiyada törədilən partlayışda yaralananların sayı 87 nəfərə çatıb - VİDEO - FOTO

18-01-2019, 07:25           
Kolumbiyada törədilən partlayışda yaralananların sayı 87 nəfərə çatıb - VİDEO - FOTO
Kolumbiyanın paytaxı Boqotada törədilən partlayışda yaralananların sayı 87 nəfərə çatıb.

"Report"un məlumatına görə, bu barədə "Heraldo" portalı bildirib.

Yaralılardan 79-u xəstəxanalara çatdırılıb. Bildirilir ki, partlayışda ölənlərin sayı 11 nəfərə çatıb.

Hakimiyyət orqanları ölənlərdən 4-nün şəxsiyyətini müəyyənləşdirə biliblər. Onlardan biri ekvadorlu qadındır. Digər 3 nəfər isə kolumbiyalıdır. Hadisəni Xose Aldemar Rohas Rodriqes törədib. Hüquq-mühafizə orqanları onun fotosunu yayıblar.

Daha əvvəl partlayış zamanı 10 nəfərin öldüyü, 65 nəfərin xəsarət aldığı bildirilirdi.














Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru