Sosial mediada etdiyi hərəkət gənc qadının fəlakəti oldu - FOTOLAR

18-01-2019, 08:15           
Sosial mediada etdiyi hərəkət gənc qadının fəlakəti oldu - FOTOLAR

İngiltərədə ayrıldığı sevgilisinin birlikdə çəkdirdikləri fotoları sosial media hesabından sildiyini görən cani adam dəliyə dönərək qadını ölümcül hala salıb.

Moderator.az xəbər verir ki, İngiltərənin Liverpul şəhərində yaşayan 29 yaşlı qadın sevgilisi ilə ayrıldıqdan bir müddət sonra birlikdə çəkilmiş fotolarını silib və tək başına çəkilmiş olduğu fotosunu yerləşdirib.

Bu vəziyyətə əsəbiləşən adam qadının evinə hücum edərək onu ölümcül döyüb. Bədbəxt qadının üç dişi sınıb, bir dişi diş ətinə sancılıb və çənəsi sınıb.

Qadın sevgilisinin münasibətlərinin əvvəlində ona qarşı çox anlayışlı olduğunu, amma zamanla kobudlaşdığını, buna görə də ondan ayrılmaq məcburiyyətində qaldığını söyləyib.
















Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru