Jurnalist Zabil Müqabioğlunun ölümündən iki il ötür

26-02-2019, 18:25           
Jurnalist Zabil Müqabioğlunun ölümündən iki il ötür
Bu gün tanınmış jurnalist Zabil Müqabioğlunun ölümündən iki il ötür.

Teref.az-ın məlumatına görə, mərhum Zabil Müqabiloğlu 2017-ci ilin 26 fevralında qaraciyər xəstəliyindən vəfat edib.

Zabil Müqabiloğlu 1977-ci il noyabrın 17-də Zəngilan rayonunun Babaylı kəndində anadan olub. Bakı Asiya Universitetinin Jurnalistika fakültəsini bitirib. 1996-1998-ci illərdə hərbi xidmətdə olub. 1998-ci ildən vəfat etdiyi günə kimi mətbuatda çalışıb. "525-ci qəzet", "Avropa", "Tərcüman", "Yeni Müsavat" qəzetlərində işləyib.

Z.Müqabiloğlunun son iş yeri isə təsisçisi olduğu gunxeber.com saytı olub.

Mərhumun bir oğul övladı yadigar qalıb.

Mediada imzası yetəri qədər tanınmış Z.Müqabiloğlu jurnalist fəaliyyəti ilə yanaşı, serlər də yazırdı. Mərhumun "Son zəng" kitab çapdan çıxıb.

Tanrı ruhunu şad eləsin...












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru