Rusiyada aviabiletlər bahalaşıb

27-02-2019, 07:51           
Rusiyada aviabiletlər bahalaşıb
«AzPolitika.info» Rusiya KİV-ə istinadla xəbər verir ki, dekabr-fevral aylarında bu ölkədə aviabiletlər bahalaşıb. Qiymət artımı müxtəlif istiqamətlər üzrə orta hesabla 5-33 faiz təşkil edib.

Aviaşirkətlər bunu rublun zəifləməsi ilə izah edirlər. Bildirirlər ki, «rentabellilik sərhədində» işləyirlər. Bəzi aviaşirkətlərin müflis olacağı da istisna edilmir.

«Biletix» nəşrinin məlumatına görə, daxili istiqamətlər üzrə orta çek 17,0 faiz (13,4 min rubla qədər), beynəlxalq istiqamətlər üzrə isə 23,0 faizə qədər (27,3 min rubl) artıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru