Şöbə müdiri direktorun otağına qumbara atdı - Azərbaycanda ŞOK OLAY

4-03-2019, 17:40           
Şöbə müdiri direktorun otağına qumbara atdı - Azərbaycanda ŞOK OLAY
Sumqayıtda işdən çıxarılan şöbə müdiri direktorun otağına qumbara atıb.

Teref.az bildirir ki, demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə bir neçə gün öncə baş verib.

Hadisə şahidlərinin bildirdiyinə görə, Sumqayıtda yerləşən "Azkompozit" MMC şirkətinin direktoru Rəsul Baxşəliyevin kabinetinə gələn həmin idarənin təsərrüfat işləri üzrə müdiri vəzifəsində işləmiş Şirin Aslanov R.Baxşəliyevdən onu əvvəlki işinə bərpa etməyi tələb edib.

Direktor yox cavabı verəndən sonra Ş.Aslanov onu döyüb.

Daha sonra Ş.Aslanov özü ilə gətirdiyi qumbaranın qoruyucusunu çıxararaq direktorun otağına ataraq partlatmağa çalışıb. Amma qumbarada olan texniki nasazlıqdan partlayış baş verməyib.

Hadisə yerinə gələn polislər Ş.Aslanovu tutub. Onun barəsində Sumqayıt şəhər prokurorluğunda cinayət işi açılıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru