Moskvada Azərbaycan vətəndaşını oğurladılar - Çeçen və azərbaycanlıların davasından sonra

4-03-2019, 17:44           
Moskvada Azərbaycan vətəndaşını oğurladılar - Çeçen və azərbaycanlıların davasından sonra
Fevralın 19-da Moskvanın cənub-şərqində çeçen və azərbaycanlılar arasında baş verən davadan sonra Azərbaycan vətəndaşı oğurlanıb.

Open.az xəbər verir ki, bu barədə "Rosbalt" hüquq-mühafizə orqanlarına istinadən məlumat yayıb.

Oğurlananın münaqişəyə görə kütləvi davanı başladan şəxs olduğu bildirilib. Lakin onun adı gizli saxlanııb.

Mənbənin sözlərinə görə, davada iştirak etmiş çeçenlərin əksəriyyəti həmin gün Moskvadan respublikaya və başqa regionlara yollanıb.

Qeyd edək ki, fevralın 14-ü saat 23:00 radələrində, Moskvanın Peçatniki rayonunun Kuryanova küçəsi, ev 28 ünvanında, azərbaycanlı Yaşar Əliyevə məxsus "Neolit" kafesində çeçen və azərbaycanlılar arasında dava baş verib.

Hadisə zamanı restoranda Valentin günü münasibəti ilə xeyli sayda müştəri olub. Kənardan müəssisəyə gələn Çeçen mənşəli şəxslər kafedəki müştəriləri bayıra çıxartdıqdan sonra, əllərində bıçaq və travmatik tapança ilə içəri daxil olublar. Davada təqribən 70-100 nəfər iştirak edib.

Atışma və kütləvi davadan sonra onlar hadisə yerindən avtomobillərlə qaçıblar.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru