Sabir Rüstəmxanlı Qarabağ Komitəsinə gəldi - Akif Nağı uzaqlaşdırıldı

6-03-2019, 17:21           
Sabir Rüstəmxanlı Qarabağ Komitəsinə gəldi - Akif Nağı uzaqlaşdırıldı
Bu gün Qarabağ Komitəsinin iclası keçirilib. İclasda Qarabağ Azadlıq Təşkilatının sədri Akif Nağının komitənin idarə heyətindəki üzvlüyünə xitam verilib.

Teref.az musavat.com-a istinadən xəbər verir ki, eyni zamanda, Vətəndaş Həmrəyliyi Partiyasının sədri, xalq şairi Sabir Rüstəmxanlı QK-ya üzv olub.

Deputat Fərəc Quliyevin rəhbəri olduğu Milli Dirçəliş Hərəkatı Partiyasının Qarabağ Departamentinin sədri, partiya sədrinin müavini Şakir Ağayev iclasda iştirak edərək, növbəti toplantıda komitəyə üzv olacağını bəyan edib.

İclas barədə Musavat.com-a QK-nın mətbuat xidmətinin rəhbəri Əvəz Zeynallı məlumat verib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru