İranda qadın hamının gözü qarşısında başını açdı – Əri isə…/Video

8-03-2019, 16:10           
İranda qadın hamının gözü qarşısında başını açdı – Əri isə…/Video
İranın Kəngavər şəhərində məcburi hicaba etiraz olaraq küçədə baş örtüklərini açan daha 2 qadın həbs edilib.

Teleqraf.com xəbər verir ki, hadisə fevralın 28-də baş verib.

İki qadın küçədə baş örtüklərini açaraq yürüşə başlasalar da, az sonra polis əməkdaşları tərəfindən həbs edilərək naməlum istiqamətə aparılıblar.

Qadınların kamerayla çəkən isə onlardan birinin əridir.

O, video-görüntüdə bildirir ki, həyat yoldaşının geyimlə bağlı seçim haqqı olmalıdır və onu dəstəkləyir: “Göründüyü kimi şəhər əhalisinin bizimlə heç bir işi yoxdur. Çünki Kirmanşah əhalisi həmişə mədəni insanlar olublar və gələcəkdə də olacaqlar”.

Hadisənin video-görüntüsünü təqdim edirik:













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru