Həbsdə olan Təranə Səmədovanın intihara cəhd etməsi xəbəri yayıldı (AÇIQLAMA)

8-03-2019, 17:04           
Həbsdə olan Təranə Səmədovanın intihara cəhd etməsi xəbəri yayıldı (AÇIQLAMA)
Sosial şəbəkədə yayılan xəbərlərə görə, bir müddət əvvəl həbs olunan prodüser Təranə Səmədova cəzaçəkmə müəssəsində özünü ülgüclə doğrayaraq intihara cəhd edib.

Qaynarinfo xəbər verir ki, baku.ws məsələyə aydınlıq gətirmək üçün Ədliyyə Nazirliyinin Penitensiar Xidməti ictimaiyyətlə əlaqələr şöbəsi ilə saxlayıb. Şöbədən bildiriblər ki, yayılan informasiyanın heç bir əsası yoxdur:

"Hazırda Penitensiar Xidmətin əməkdaşları qadınların cəzaçəkmə müəssəsindədir. Orada xanım məhbusların bayramını təbrik etmək məqsədi ilə şənlik təşkil edilib. Həmin şənlikdə Təranə Səmədova da iştirak edir".

Xatırladaq ki, iki qadını fahişəliyə cəlb etməkdə ittiham olunan T. Səmədova 1 il müddətinə azadlıqdan məhrum edilib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru