Azərbaycanda 11 yaşlı uşaq 2 min illik balta tapdı – FOTO

9-03-2019, 00:00           
Azərbaycanda 11 yaşlı uşaq 2 min illik balta tapdı – FOTO
Tapıntı dəmirdən hazırlanmış döyüş baltasıdır və uzunluğu 18 sm-dir

Cəlilabad rayonunda məktəbli eramızın ilk əsrlərinə aid tarixi əşya tapıb.
Teref.az "Report"a istinadla xəbər verir ki, tarixi əşyanı Şatırlı kənd məktəbinin 5-ci sinif şagirdi Gülnar Məlikova təsərrüfat işləri görən zaman tapıb. Tapıntı dəmirdən hazırlanmış döyüş baltasıdır və uzunluğu 18 sm-dir.

Yerli tarixçi Elşad Əmənovun bildirdiyinə görə, ilk dəfədir ki, bu ərazilərdə döyüş baltası tapılır. O deyib ki, kustar üsulla hazırlanmış balta eramızın ilk əsrlərinə aiddir. Həmçinin o bildirib ki, bu tapıntı türk döyüş silahları içərisində xüsusi yeri olan silah növüdür.

Qeyd edək ki, tapıntı Cəlilabad Rayon Tarix-Diyarşünaslıq Muzeyinə təhvil veriləcək.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru