ABŞ-ın Florida ştatında təyyarə qəzası zamanı beş nəfər həlak olub

9-03-2019, 08:41           
ABŞ-ın Florida ştatında təyyarə qəzası zamanı beş nəfər həlak olub
ABŞ-ın Florida ştatında ikimühərrikli "Piper PA-23-250" təyyarəsinin qəzaya uğraması nəticəsində 5 nəfər həlak olub.

"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə Palm-Biç dairəsi şerifinin ofisinə istinadən "The Miami Herald" qəzeti bildirib.

Qəzetin məlumatına görə, Tamp Beynəlxalq Hava Limanından səmaya qalxan təyyarə gölə düşüb.

ABŞ-ın Mülki Aviasiyasının Federal İdarəsi və Nəqliyyatda Təhlükəsizlik üzrə Milli Şurası qəzanın səbəbləri ilə bağlı araşdırma aparacaqlar.

Daha əvvəl Virciniya ştatının Frederiksberq şəhərində də təyyarə qəzası baş verib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru