Toy günü gəlini öldürən bəyin ifadəsi hər kəsi şoka saldı: "Atamla münasibəti olduğu üçün..."

9-03-2019, 08:55           
Toy günü gəlini öldürən bəyin ifadəsi hər kəsi şoka saldı: "Atamla münasibəti olduğu üçün..."
Türkiyənin Bursa şəhərində həyat yoldaşı Güllü Yurdoğlunu evləndiyi günün səhərisi 16 bıçaq zərbəsi ilə öldürən Metehan Yurdoğlu məhkəmədə dəhşətli qətl hadisəsinin detallarını açıqlayıb.

Musavat.com xəbər verir ki,hadisə 2017-ci ilin dekabr ayında baş verib.

O ailəsinin razılığı olmadan qaçrıdığı qız ilə rəsmi nikaha daxil olduqdan 4 ay sonra toy edib. Toyun səhəri gün isə həyat yoldaşını qətlə yetirib. O,dostunun köməyi ilə öldürdüyü həyat yoldaşını meşəyə aparıb ağaca balayıb oradan uzaqlaşan zaman polislər tərəfindən yaxalanıb.

Məhkəməsi keçirilən qatilin ifadəsi hər kəsi heyrətə salıb.

O həyat yoldaşının atası ilə münasibətləri olduğu bildiyi üçün onu öldürdüyünü deyib : “Onun məni ən yaxın dostlarımdan biri ilə aldatdığını düşünürdüm. Davamlı olaraq dava edirdik. Ailəmlə birgə yaşadığım evə gətirmişdim onu. Etdiyimiz davalardan çox yorulmuşdum. Atama onu bu evdən göndər deyirdim, o isə mənə sən get deyirdi. Bir yaxın dostum mənə atamla həyat yoldaşım arasında bir münasibət olduğunun eyhamını etdi. Buna görə də mən uzun bir müddət evə getmədim,küçələrdə yatdım.Hətta iki dəfə intihar etməyə cəhd etdim. Bir dəfə polis, bir dəfə isə atam xilas etdi məni. Hadisə günü həyat yoldaşım divanda yatmışdı. Mən də səhərə qədər yanında oturub oyanmasını gözlədim. Oyanan kimi ona “bunu mənə necə etdin”, deyə, sual verdim. O da mənə cavabında ''sən adamsanmı'', deyə qışqırdı. Niyyətim onu öldürmək deyildi. Sadəcə məni çox qəzəbləndirdi. Balkona tərəf qaçarkən 2-3 bıçaq zərbəsi vurdum. Sənədlərdə qeyd edilən kimi 16 bıçaq zərbəsi vurmamışam.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.