Polisi öldürüb ondan sup bişirdilər

9-03-2019, 12:35           
Polisi öldürüb ondan sup bişirdilər
Ata ilə oğul evlərinə gələn qonağın başını kəsərək ondan sup hazırlayıblar.

Musavat.com xəbər verir ki, Ukraynanın Xarkov şəhərində baş verən qətl hadisəsi ölkənin gündəmini zəbt edib.

Ata və oğul etdikləri keçmiş cinayət əməllərinə görə polislərlə araları yaxşı olmadığı üçün bu qətl hadisəsini törədiblər. Onlar evlərində qəbul etdikləri qonağın keçmiş polis əməkdaşı olduğunu anlayan kimi onu öldürməyə qərar veriblər. Hadisəni törədən ata Maksim Kostyukov və 20 yaşlı gənc oğlu artıq həbs edilib. 41 yaşlı ata öldürdükləri polis əməkdaşı ilə yeni tanış olub. Onu bir dost kimi evlərinə dəvət edib. Evdə yeyib içib sərxoş olduqdan sonra qonaq olan Petrovun keçmiş polis əməkdaşı olduğunu anlayan Maksim Kostyukov oğlunun köməyi ilə birlikdə Hadisənin ən iyrənc və tükürpədən tərəfi isə ata-oğul öldürdükləri keçmiş polis əməkdaşının başını, əllərini və qolunu kəsiblər. Daha sonra bu parçalardan evdə sup hazırlayaraq özləri içiblər.

Polisinin hadisə ilə bağlı apardığı araşdırmalar zamanı onların evindən soyuducudan öldürdükləri adamın bədəninin parçaları tapılıb. Öldürülən keçmiş polis əməkdaşının digər parçaları isə onların yaşadığı evə yaxın bir binanın zirzəmisindən tapılıb.

Ata və oğul bunu cəsədin tanınmaması üçün etdiklərini etiraf ediblər.














Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru