Hökumət üzvləri 3 il gizli dinlənilib - KQB cinayətkar dəstəni yaxaladı

29-10-2015, 20:24           
Hökumət üzvləri 3 il gizli dinlənilib - KQB cinayətkar dəstəni yaxaladı
Belarus Dövlət Təhlükəsizlik Komitəsi keçirdiyi xüsusi əməliyyat nəticəsində hökumət orqanları nümayəndələrinin telefon danışıqlarını dinləyən cinayətkar dəstənin qanunsuz fəaliyyətini ifşa edib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Belarus KQB-si məlumat yayıb.

Əməliyyat nəticəsində cinayətkar dəstənin təşkilatçıları yaxalanıblar. Səksəndən çox axtarış həyata keçirilib və qeyri-qanuni xidmətin 500-ə yaxın sifarişçisi müəyyən edilib. Saxlanılanlar haqda həbs qətimkan tədbiri seçilib.

Xüsusi-xidmət orqanının məlumatına görə, qanunsuz fəaliyyət 2 mindən çox Belarus vətəndaşına qarşı aparılıb.

Üç il ərzində cinayətkar qrupun üzvləri otaqların, telefon danışıqlarının dinlənilməsi, elektron poçtun, Skype, Viber, WhatsApp sosial şəbəkə akkauntlarının dağıdılması kimi qanunsuz fəaliyyətlər həyata keçiriblər.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru