Kimlər MTN-lə şübhəli işbirliyində olub?
30-10-2015, 17:51
Parlament seçkilərindən dərhal sonra ölkədə kadr islahatlarına start veriləcək. Dövlət başçısının sahibkarlara edilən təzyiqləri, yaradılmış bürokratik əngəlləri azaltmaq üçün ortaya qoyduğu sərt iradənin təcəssümünü parlament seçkilərindən sonra da görə biləcəyik. Redaksiyamıza danışan məmurlardan biri, nazirliklərdən sonra prossesin yerli icra hakimiyyətlərində də davam etdiriləcəyi gözlənilir.
İnformasiyalara əsasən kənd təsərrüfatı sektorunda, həmçinin də rayonlarda yerli iş adamlarına qarşı amansız davranan iş adamlarının şikayətləri dinlənilir. «Proses seçkidən öncə baş verə bilməz. Çünki müvafiq təlimatlara görə, seçki prossesinin təşkili işini hazırki icra başçıları həyata keçirirlər. Sistemi pozmamaq üçün seçkinin sonuclarını gözləməli olacağıq. Hətta bu seçkilərə müdaxilə edəcək icra başçıları da olacaq ki, işlərini itirəcəklər. Bir sıra icra başçıları var ki, rotasiya qaydasında onların 5 illik iş stajı başa çatıb. Yəni yerdəyişmələr də aparılacaq. Lakin prossesin gedişində işini itirəcək və bir daha vəzifə almamaq şərtilə hətta dindiriləcək icra başçıları da olacaq» deyə mənbəmiz bildirir.
GUNDEMİNFO.AZ-a daxil olan informasiyalara əsasən müvafiq olaraq iş adamlarını, sahibkarları incitmiş, onların mülklərinə sahiblənmiş icra başçıları da «vurulacaq». Bundan başqa məsələn Ağdamın icra başçısı sabiq mili təhlükəsizlik naziri Eldar Mahmudovla əlaqələrinə və sahibkarlara etdiyi təzyiqlərə görə dindirilə bilər.
Bərdənin icra başçısı Vidadi İsayevin isə rotasiya qaydasında vaxtı çatdığına görə, işdən alınacağı, Bərdə şəhərində aparılan təmir-tikinti işlərinə görə, «haqq» aldığı sahibkarların siyahısı da hazırlanıb. Bərdə şəhərində böyük obyektləri yaxın qohumlarına «hədiyyə» etdiyinə görə V.İsayevin durumu daha ağırdır.
Kürdəmirin icra başçısı Ceyhun Cəfərov da bu günlərdə həbs edilmiş Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin aparat rəhbəri Vidadi Zeynalovla zaman-zaman qaranlıq işlər gördüyünə və onunla qohumluğuna görə, işini itirərək dindirilə bilər.
O ki, qaldı Zərdabın icra başçısı Lütfəli Babayevə. Mənbəmiz bildirir ki, barəsində sahibkarlar tərəfindən ən çox şikayət edilən başçılardan biri olduğuna görə, Zərdabdan uzaqlaşdırıla bilər. Lakin onun yeni bir rayona təyinat alacağı da gözləniləndir.
Bu mövzu ilə bağlı mənbələrimizin verdikləri informasiyaları detallarına qədər təqdim edəcəyik. Bizi izləyin.