Hərbçiləri daşıyan maşın teplovozla toqquşdu - Yaralılar var

30-10-2015, 21:08           
Hərbçiləri daşıyan maşın teplovozla toqquşdu - Yaralılar var
Nəqliyyatda Baş Polis İdarəsinin Xaçmaz xətt polis şöbəsindən ans press-ə verilən məlumata görə, hadisə bu gün 11 radələrində Azərbaycan Dövlət Dəmir yolunun Yaşma-Z.Taqıyev çeşidləmə mənzilinin, 9-cu piçetində baş verib.

Bakıdan Yalamaya gedən Biləcəri Lokomotiv deposunun maşinisti 55 yaşlı Sumqayıt sakini Faiq Əzizovun idarə etdiyi teplovozla Məhəmməd Muxtarlının idarə etdiyi “Maz” markalı avtomobil toqquşub.

Nəticədə hərbi qulluqçular Məhəmməd Muxtarlı və avtomobildə olan 5 əsgər müxtəlif xəsarətlərlə MN-nin Mərkəzi Hospitalına çatdırılıb.

Onların vəziyyətinin stabil olduğu bildirilir. Fakt Xaçmaz xətt Polis Şöbəsinin Sumqayıt bölməsində araşdırılır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru