Qafqazlı deputat qız qaçırdı

1-05-2019, 22:25           
Qafqazlı deputat qız qaçırdı
İnquşetiya parlamentinin deputatı qız qaçırıb.
Muxalifet.az xəbər verir ki, bu barədə məlumatı “İnterfaks” agentliyi öz mənbələrinə istinadən yayıb. Məlumata görə, insident Malqobek rayonu ərazisində baş verib. Onun qadını evlənmək məqsədiylə qaçırdığı vurğulanıb.
Agentlik qadın qaçıran deputatın Vahid Rusiya Partiyasının üzvü olduğunu, qaçırılan qadının isə Malqobek Rayon Mərkəzi Xəstəxanasının baş həkimi kimi çalışdığını bildirib. Bununla belə şəxslərdən heç birinin adı agentlik tərəfindən yayımlanmayıb.
Artıq insidentə səbəb olan deputatın cəzalandırıldığı da vurğulanıb. Ona atdığı addıma görə 200 min rubl miqdarında cəza kəsilib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru