Kim Çen Inın qardaşını öldürməkdə təqsirli bilinən qadın azad olunub

3-05-2019, 07:22           
Kim Çen Inın qardaşını öldürməkdə təqsirli bilinən qadın azad olunub
Şimali Koreya lideri Kim Çen Inın ögey qardaşı Kim Çen Namın ölümündə təqsirli bilinən şəxslərdən biri, Vyetnam vətəndaşı Doan Txi Xıonq Malayziya məhkəməsi tərəfindən sərbəst buraxılıb.

ONA-nın verdiyi xəbərə görə, bu barədə “Reuters” məhkəmə nümayəndəsinə istinadən məlumat yayıb.

30 yaşlı Doan Txi Xıonq və indoneziyalı bir qadın Kim Çen Namı qadağan olunmuş sinir iflicedici zəhərli “VX” maddəsi ilə öldürməkdə ittiham olunurdu. Ötən ay Xıonq başqa bir maddə üzrə qanun pozuntusunda öz günahını etiraf etdikdən sonra məhkəmə ona qarşı irəli sürülmüş qəsdən adam öldürmə ilə bağlı ittihamı ləğv edib.

Qadının vəkilinin sözlərinə görə, o, mayın 3-də Malayziyanı tərk edəcək.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.