Bakı metrosunda oğlan qıza TƏCAVÜZ ETDİ - Qızın ürəyi getdi

3-05-2019, 12:39           
Bakı metrosunda oğlan qıza TƏCAVÜZ ETDİ - Qızın ürəyi getdi
axşam 18:30 radələrində paytaxtın "İçərişəhər" metrostansiyasından "Həzi Aslanov" istiqamətində hərəkətdə olan qatarda iyrənc olay baş verib.

Metrodakı sıxlıqdan istifadə edən 28-30 yaşlarında şəxs təxminən 20-21 yaşlarında olan qıza təcavüz edib.

Tələbə qız "Koroğlu"ya çatan qatarın qapıları açılanda "Get anana, bacına o hərəkəti elə"sözlərini yüksək səslə qışqırıb. "Manyak" qızın reaksiyasından dərhal sonra qatarın dayanmağından istifadə edərək, metronu tərk edib. Sinirdən əsən qızın ürəyi gedib. Digər sərnişinlər qızın dilinin qatlanmasının qarşısını almaq üçün xeyli əziyyət çəkiblər. Hadisə yerinə polis əməkdaşları gəlib. Sərnişinlərin və polislərin köməyi ilə qız platformadan çıxarılıb.

Hadisə şahidi olan qadınların verdikləri məlumata görə, olayın şahidi olan bəzi kişiər buna heç bir reaksiya verməyiblər. (milli.az)












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru