Almaniyanın paytaxtı Berlində Qazi Osmanpaşa məscidinə təhqir məzmununda məktub və bir güllə göndərilib.
Axar.az-ın məlumatına görə, sözügedən məscidin rəhbəri Əli Şenel jurnalistlərə açıqlamasında son 3 həftədir ki, bu cür təhdidlə qarşılaşdıqlarını bildirib.
Şenel son olaraq güllənin də göndərilməsindən sonra ciddi narahatlıq yaşandığını və bununla bağlı polisə müraciət olunduğunu deyib.