Ukraynanın paytaxtı Kiyevdə qətl hadisəsi baş verib.
Teref.az xəbər verir ki, Barişevski rayonunun polis şöbəsinn rəis müavini güllələnib. Daxili İşlər Nazirliyinin verdiyi məlumata görə, hadisə axşam saatlarında baş verib. İşdən sonra kafeyə gələn rəis müavinini naməlum şəxs boynundan yaralayıb. Hadisə yerinə təcili yardım həkimləri gəlib.
Həkimlərin səyinə baxmayaraq rəis müavinini həyatını xilas etmək mümkün olmayıb. Hüquq mühafizə orqanları “Sirena” adlı xüsusi əməliyyata balaylb. Qatilnin axtarışları davam edir. Ukrayna qanunlarına görə, bu cür hadisə törədənlər 9 ildən 15 ilə qədər azadlıqdan məhrum edilə bilər. /Cebhe.info/