MTN "işi"-ndə yeni həbs - Akif Çovdarov tutuldu

3-11-2015, 14:19           
MTN "işi"-ndə yeni həbs - Akif Çovdarov tutuldu
Milli təhlükəsizlik naziriEldar Mahmudov işdən qovulandan sonra onun komandası barədə xəbərlər səngimir. Keçmiş nazirin törətdiyi qanunazidd hərəkətlərin əsas iştirakçısı olan MTN generalı Akif Çovdarovla bağlı Criminal.az-a maraqlı məlumat daxil olub.

Məlumatda deyilir ki, general-mayor A.Çovdarovartıq həbs edilib. Bir neçə gün əvvəl saxlanılsa da, sonradan sərbəst buraxılmışdı. İki gün əvvəl isə Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsi tərəfindən tutulub. Onun Bakıdakı biznesini isə qardaşı Asif idarə edir. Məsələ ilə bağlı rəsmi mövqe öyrənmək mümkün olmadı.

Qeyd edək ki, A.Çovdarov əvvəllər həbsxana işçisi olub. Eldar Mahmudov 1993-2003-cü illərdə İqtisadi Cinayətkarlığa Qarşı Mübarizə İdarəsinin və İqtisadi sahədə Əməliyyat-Əlaqələndirmə Bürosunun rəisi vəzifəsində işləyəndə Çovdarovu həmi idarəyə, milli təhlükəsizlik naziri təyin olunanda isə özü ilə MTN-ə gətirib. A.Çovdarovun oğlu da Milli Məclisdə işdən çıxarılıb. Bacısının kürəkəni Rafiq Hümbətov isə hazırda Xətai rayon MTN-ə rəis işləyir
teref.az












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru