Rövşən Lənkəranskinin ailəsi kisənin ağzını açdı: “Lotu Quli”yə qarşı müharibə ELANI

6-05-2019, 22:28           
Rövşən Lənkəranskinin ailəsi kisənin ağzını açdı: “Lotu Quli”yə qarşı müharibə ELANI
Azərbaycanlı "qanuni oğru”, "Lotu Quli" ləqəbli Nadir Səlifov yenə gündəmdədir.

Ona qarşı bir sıra ittihamlar irəli sürülüb. Bundan başqa "qanuni oğru"nu hazırda nəzarət etdiyi obyektlərdən sıxışdırmağa hazırlaşırlar.
Cebhe.info Rusiya mətbuatına istinadən bildirir ki, onun bu ölkədəki obyektləri ilə bağlı mübahisələr yaranıb. Yaxın zamanda bu mübahisələrin daha "qaynar fazaya" daxil olacağı ehtimalı var.
Quliyə qarşı "müharibə”ni Rafiq Eyvazov, Cavid Məmmədov, Emin Axundov, Ceyhun Əsgərov, Zaur Naxçıvanlı, Əli Heydərov elan edib.
Sonuncu hazırda koloniyada olmasına baxmayaraq, digərlərinin sırasına qoşulub.
Hüquq-mühafizə orqanlarındakı mənbədən verilən məlumata görə, Cavid Məmmədovun arxasında böyük güc - Dato Kutaiski dayanır. Onu həmçinin Laşa Celadze, Zaza Ambroladze dəstəkləyir. Təxminlərə görə, müxaliflər Vaqif Süleymanov, Arif Sumqayıtlı, Yunus Nəzərovun dəstəyinə də ümid edirlər. Hərçənd ki, bu dəstək açıq deyil, amma kriminal aləmdə kifayət qədər aydındır. Müxalifətə maliyyə dəstəyi isə qətlə yetirilən Rövşən Lənkəranskinin ailəsi tərəfindən verilir. Üstəlik bu məbləğin böyük olduğu iddiası var.
Lənkəranski 2016-cı ilin yayında İstanbulda öldürülüb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru