Deputat satıcı uşağı "həyasız" adlandırdı — Vergi verməsini tələb etdi (FOTO)

8-05-2019, 00:01           
Deputat satıcı uşağı "həyasız" adlandırdı — Vergi verməsini tələb etdi (FOTO)
Milli Məclisin deputatı Rasim Musabəyov Bakıda yeraltı keçiddə popkorn satan uşağı həyasız adlandırıb və onun vergi ödəməli olduğunu istəyib.

Millət vəkili bununla bağlı özünün "Facebook" səhifəsində rus dilində paylaşım edib və paylaşımın altından popkorn satan uşağın şəklini paylaşıb.

O bildirib: "Bakılıları və şəhərin qonaqlarını sevindirmək üçün dövlətin milyonlarla manat vəsaitinin xərcləndiyi "Azneft" meydanındakı yeraltı keçiddə popkorn satıcısı həyasızcasına yerləşib və yanıq qoxusu ilə bütün ətrafı iyləndirib. İcazəsiz işləyir, dövlətin elektrik enerjisindən pulsuz istifadə edir, vergi ödəmir. Bütün bunlar Bakı və rayon hakimiyyətinin onlarla işçisinin gözü qarşısında baş verir. Şəxsən satıcıya və keçidin nəzarətçisinə etdiyim irada hələ heç bir reaksiya yoxdur. Au... məmurlar, siz bunu görmürsünüz? Bakılıları zəhərləməmək və bizi qonaqlar qarşısında biabır etməmək üçün kim tədbir görəcək?".(Yeniavaz.com)














Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru